Oqtay Şirəliyevdən növbəti təyinat-Eksklüziv

12 İyun 2014 16:39 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Siyəzən rayon Regional Müalicə Diqanostika Mərkəzinə baş həkim təyin olunub. Bu barədə Movqe.az-a D. Hümbətovun özü məlumat verib. Hazırda işdə olduğunu söyləyən D. Hümbətov dörd-beş gündür ki, bu vəzifəni icra etdiyini söyləyib. Movqe.az-ın məlumatına görə, D. Hümbətovun nazirlikdəki boş qalan yerinə Təranə adlı xanım təyin edilib.