"iPhone 6" ilə şəkil çəkdirdi

12 İyun 2014 17:29 (UTC+04:00)

"Apple"ın sentyabr ayında tanıdacağı yeni ağıllı telefonu iPhone 6, Tayvanlı ulduz Cimi Linin əlində görüntülənib. 


Movqe.Az xəbər verirf ki, Fotoşəkildə iki fərqli "iPhone"u əlində tutan Lin, iPhone 5s ilə yanaşı  iPhone 6 ilə də obyektivlərə poza verir. 


iPhone 6-da diqqət çəkən ən əhəmiyyətli detal cihazın arxa üzündə üst və alt qisimləri incə xəttlərin bölməsi və iPhone 5S-ə görə daha az geniş ekrana sahib olmasıdır. Bu da iPhone 6-ın 4.7 düymlük ekrana sahib olacağı iddialarını qüvvətləndirir. 

 Linin əlində tutduğu cihazın iPhone 6 olduğu dəqiq olmasa da, bu günə qədər bir çox fotoşəkili paylaşılan cihazın çıxış tarixi yaxınlaşdıqca bu tip fotoşəkillərə daha tez rastlanıldığı görünür.