Türk diplomatlar azad edildi
12 İyun 2014 21:11 (UTC+04:00)
İraq və Şam İslam Dövlətinin Mosulda girov
götürdüyü türk diplomatları sərbəst buraxıb.
ANS PRESS-in məlumatına görə, İŞİD qaçırdığı türk
diplomatlarını Mosul qubernatoruna təhvil verib. Diplomatların
axşam saatlarında Türkiyəyə gətirilməsi
gözlənilir.
Bundan başqa Türkiyə mətbuatının yazdığına görə,
İŞİD girov götürdüyü sürücüləri də sərbəst buraxıb. Lakin onların
harada və nə vaxt Türkiyəyə göndəriləcəyi barədə hələlik məlumat
verilmir.
Xatırladaq ki, İraq və Şam İslam Dövləti
Türkiyənin İraqdakı Baş konsulluğuna hücum etmişdi. Baş konsul
Öztürk Yılmaz və digər türk diplomatları və sürücüləri girov
götürmüşdü.