Maradonadan FIFA-ya ağır ittiham

12 İyun 2014 19:42 (UTC+04:00)

Əfsanəvi futbolçusu bəyan edib ki, FIFA futbolu məhv edir və eybəcər hala salır

Futbolun canlı əfsanəsi Maradona FİFA-nı ittiham edib.


Movqe.az-ın məlumatına görə, Argentina yığmasının sabiq əfsanəvi futbolçusu Dieqo Maradona bəyan edib ki, FIFA futbolu məhv edir və eybəcər hala salır. 


D.Maradona deyib ki, insanlar artıq bunu anlamalıdırlar: "FIFA bu gün bir çox millətləri birləşdirən təşkilatdır. Yer kürəsini ona qarşı müqavimət göstərə bilmir. Əgər FIFA sərinləşdirici içkilərin harada satılacağını qərara alıbsa, deməli, onlar orada da satılacaq".


Sabiq futbolçu cümə axşamı Braziliyada dünya çempionatının başlanması ərəfəsində deyib: "İş tamamilə başqa cür görülməlidir. Əgər belə olsaydı, biz indi diqqətimizi yalnız dünya çempionatının oyunlarına yetirərdik. Biz isə əksinə Braziliyadakı tətillərdən danışırıq".