Gün ərzində 2 saatdan çox ekran qarşısında oturmaq infarkt riskini artırır

13 İyun 2014 00:30 (UTC+04:00)

London Universitetində işləyən Emanuel Stamatakis və qrupunun apardığı araşdırmada, 4512 şotlandiyalı iştirak edib. 4 il ərzində davam edən araşdırmada, iştirakçılardan gündə neçə saat televizor və ya DVD izlədikləri, işdən kənar neçə saat kompüterdən istifadə etdikləri, ya da video oyunu oynadıqları haqda sorğu keçirilib. Türkiyə mediasının verdiyi məlumata görə, 4 il ərzində iştirakçılardan 325 nəfər ürək xəstəliklərindən və infarktından ölüb, 215 nəfər infarkt keçirib. 

Bu şəxslərin vərdişlərini araşdıran elm adamları, gündə 4 saatdan çox ekran qarşısında olan (işdən kənar) şəxslərin ölüm ehtimalının, ekran qarşısında 2 saatdan az oturanlarda 48% çox olduğu müşahidə olunub. Stamatakis, işdən gəldikdən sonra bir çoxlarının saatlarla televizor izləmək vərdişinin olduğunu, ancaq bu vərdişin ürək və ümumi sağlamlıq üçün təhlükə törətdiyini, dövlətlərin bu mövzuda daha ciddi tədbirlər atmasının lazim olduğunu açıqlayıb.