Qrup seks dəhşətə çevrildi - 7 ölü

12 İyun 2014 19:32 (UTC+04:00)

7 nəfər yaşlı şəxsin ölümünə səbəb olan qalmaqallı hadisə barəsində cinayət işi başlanılıb. Teleqraf.com xəbər verir ki, qeyri-adi hadisə Belçikada baş verib. Belçikada gizli təşkil edilən və sadəcə, 65 yaşdan yuxarı şəxslərin iştirak edə biləcəyi qrup-seks əyləncəsi fəlakətə çevrilib. Şarlerua şəhərində keçirilən məclisdə ilk öncə hər şey qaydasında idi. Bir anda halı pisləşən, nəfəs almaqda çətinlik çəkən və kəskin ürək ağrılarından əziyyət çəkən qrup-seks iştirakçılarının köməyinə təcili yardım maşınları çağırılıb. Ancaq buna baxmayaq, 7 nəfər infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam edir.