AZAL beynəlxalq reyslərini yeni hava limanı terminalından həyata keçirəcək

13 İyun 2014 10:45 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq müntəzəm reysləri Heydər Əliyev Beynəlxalq aeroportunun yeni 1 saylı Terminalından həyata keçiriləcək.


Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yenilik cari ilin 15 iyul tarixindən etibarən tətbiq ediləcək.