Bakıda avtobus qəza törətdi: 2 yaralı - FOTO

13 İyun 2014 11:03 (UTC+04:00)

Bir neçə dəqiqə əvvəl Azadlıq prospektində avtobus qəza törədib


Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, 165 saylı avtobus əvvəlcə "Volkswagen" markalı maşına çırpılıb. O isə öz növbəsində "Hyundai Sonata"nı əzib. 


Qəzada iki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.