Türkiyədə yaşayan İradədən xəbər var

13 İyun 2014 11:54 (UTC+04:00)

Müğənni İradə İbrahimovanın daha bir klipi Türkiyədə ekranlaşdırıldı. Mövqe.az-ın məlumatına görə, söz və musiqisi Şəhrizata məxsus türk mahnısını Gülşən Aybaba ekran həyatı verib. Xatırladaq ki, sözügedən rejissor sənətçimizin sayca ikinci klipinin müəllifidir. Çəkilişlər Kilyosda və İstanbulun bəzi yerlərində, eyni zamanda dəniz kənarında aparılıb.

İradə xanım klipin sujet xətti olmadığını və müxtəlif geyim, məkanlarda çəkildiyini diqqətə çatdırıb.