Sony 8 il sonra rəqibini məğlub etdi

13 İyun 2014 12:06 (UTC+04:00)

Sony, son 8 ildir edə bilmədiyini edib və ən böyük rəqibini geridə qoyub.


Movqe.Az xəbər verir ki, Yaponiyanın Nikkei saytına görə, son ildə satılan ümumi konsol sayına baxıldığında, Nintendo, 8 ildir ilk dəfə birincilik pilləsini Sony-yə verib.Sony ötən il ərzində 18.7 milyon ədəd sistem satsa da, Nintendo yalnız 16.3 milyon ədəd satmağı bacarıb. Üstəlik PS4-ün satışa təqdim edilməsi ilə maliyyə ilinin tamamlanması arasında yalnız bir neçə ay var. Wii U isə, bütün il boyunca satıştaydı.


"Nikkei"nin hesabatının davamında isə, Nintendo Almaniyada yerləşən mərkəzinin bağlanacağına dair bir şərh də edib. Grossostheimdakı ofisin və deponun bağlanma qərarı ilə yanaşı bir çox layihə ləğv edilə bilər.