Ermənicə oxuyan müğənnini ermənilər fahişə adlandırdı - video

13 İyun 2014 12:10 (UTC+04:00)

Türkiyəli müğənni Sezen Aksu Münhendə verdiyi konsertdə erməni, kürd və türk mahnıları ifa edib. 


ANS PRESS-in məlumatına görə, ermənicə oxuduğu mahnının videosu sosial şəbəkəyə yerləşdirilən müğənni ermənilərdən ciddi söyüşlər qazanıb. "Göz yaşları" adlı mahnıdan sonra müğənni ağlayır. Bu erməni "Facebook" iştirakçısı Tigran Ayvazyan tərəfindən aşağıdakı sözlərlə "mükafatlandırılır": "Fahişənin göz yaşları! Əgər göz yaşları varsa, ümumiyyətlə tüpürürəm!"


Qalan erməni "Facebook" iştirakçıları isə 1915-ci il hadisələrindən, qonldarma soyqırımdan bəhs edərək türkləri söyüblər.