Hamilə qalmağa çalışır, çünki ...

13 İyun 2014 12:13 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Dəniz Seki nişanlısı Faruk Salman ilə birgə uşaq dünyaya gətirmək qərarı alıblar. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səkinin bu anda hamilə olduğu barədə də söz-söhbətlər gəzir. Narkotik təmin etmək günahından üzərində 6 il 3 aylıq həbs cəzası olan müğənni qurtuluş yolu kimi hamilə qalmağı seçdi. Çünki Edam Qanununun 16/4 maddəsinə görə,  hamilə olan bir qadının həbsxanaya düşməyəcəyi bildirilir. Beləliklə doğumdan sonra da müğənni 6 ay zaman qazanacaq. Bu müddət ərzində isə o Konstitusiya Məhkəməsinə etdiyi fərdi şikayətinin cavabı məlum olacaq.