Android cihazlar ev əşyalarını tanıyacaq

13 İyun 2014 13:15 (UTC+04:00)

Google, iOS-dan geridə qalmamaq üçün çox çalışır. Google, "Apple"ın ağıllı ev cihazları üçün mənimsədiyi "Contuniuity" məzmununa və iBeacon xidmətinə rəqib hazırlığındadır.

Movqe.Az xəbər verir ki. "Google"ın planlarına görə Android yaxınlıqda olan ağıllı cihazları avtomatik olaraq tanıyacaq və onlarla asanca ünsiyyətə keçə biləcək. Bu anlayışa görə, bir Android cihaz sahibi, kompüterinə yaxınlaşanda kompüteri ilə telefonu arasında avtomatik olaraq əlaqə qurulacaq və fayl mübadiləsi edilə biləcək. 

 "Google"ın Android inkişaf planları, iBeacon sisteminə rəqib ola biləcək xidmətləri də ehtiva edir. Nearby adlı Android xidməti ilə Google, Android sahiblərinin daha asan alış-veriş edə bilməsini və yaxınlıqda satılan məhsulların siyahısına rahat baxa bilməsini hədəfləyir.