3 Britaniyalı əsgər Əfqanistanda öldürüldü

3 İyul 2012 13:59 (UTC+04:00)

Mövqe.Az Telegraph-a istinadən xəbər verir ki, daha 3 Britaniyalı əsgər Əfqanistanda öldürülüb. Uels qvardiyasının iki əsgəri ilə polis arasında mübahisə zamanı polis 4 əsgərə AK47 markalı silahla atəş açıb. Üç əsgər  dünyasını dəyişib,biri isə yaralanıb.Bu haqda məlumatı Britaniyanın Müdafiə Nazirliyi verib. İndiyə qədər Əfqanistanda ölən Britaniyalıların sayı 422-yə çatır.