Qatil 6 uşaq anasını yedi!

13 İyun 2014 17:28 (UTC+04:00)

Altı uşaq anasının arxasına düşən qatil, qadını öldürdükdən sonra cəsədini yeyib. 


Movqe.Az xəbər verir ki, Tennessee əyaləti dünyanı sarsıdan adamyeyən dəhşətinə səhnə olub. Gregory Scott Hale adlı şübhəli bir qadını öldürmək, cəsədə zərər vermək və cəsədin bir qismini yemək təqsiriylə həbs olunub. 

 

Lisa Marie Hyder adlı 6 uşaq anası qadın yoldaşına, "qəribə görünüşlü bir nəfər tərəfindən izlənildiyi" mesajını göndərib. Hayderi xilas etməyə çata bilməyən həyat yoldaşı vəziyyəti polisə bildirib. Polis 1 gün sonra 36 yaşındakı qadının cəsəd parçalarını bir ərazidə tapıb.

 


Qadının öldürülməzdən əvvəl qatil haqqındakı "qəribə görünüşlü" sözündən yola çıxan polislər, cinayət bölgəsinə ən yaxın yerdə yaşayan satanist Gregory Scott Halenin evində axtarış edib. Hallenin evində qurbana aid kəsik baş və cəsəd parçaları tapılıb. Cinayətin bəzi detalları bölgə hakiminin şərhə edə bilməyəcəyi qədər dəhşətverici olub. Hale cəsədi parçalara ayırmazdan əvvəl öldürdüyünü və bir hissəsini basdırdığını, qalan hissəsini də yediyini etiraf edib.