Bakı dairəvi avtomobil yolunda minik avtomobili
ilə iki ağır tonajlı avtomaşın toqquşub.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
dairəvi yolda, Yeni Yasamal massivi ərazisində, iki ağır tonajlı
avtomaşınla, bir minik avtomobili toqquşub. Zəncirvari qəza
nəticəsində "Şaqman"ın sürücüsü Yasin Salmanov yüngül bədən
xəsarətləri alıb. Sürücülərin dediyinə görə, minik avtomobilinin
sürücüsü maşını dairəvi yolda qadağan olunan yerdə saxlayaraq
gedib. Elə qəza da bundan sonra baş verib. Zərərçəkən sürücülər də
qəzaya səbəb kimi bu maşının sürətli yolda dayanmasından sonra
yolun daralmasını əsas gətirirlər.
Avtoqəza nəticəsində dairəvi yolda uzunmüddətli
tıxac yaranıb. Hadisə yerinə dərhal Bakı Şəhər Baş Dövlət Yol
Polisi İdarəsinin əmkdaşları cəlb olunub.
Daha sonra zərər dəymiş yük avtomobili hadisə
yerindən kənarlaşdırılıb. Və yolda avtomobillərin hərəkəti
tənzimlənib.
Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.
Müvafiq avtotexniki ekspertizalar təyin olunub. Fakta hüquqi qiymət
ekspertlərin yekun rəyindən sonra veriləcək.