“Facebook”da daha bir yenilik

14 İyun 2014 11:05 (UTC+04:00)
"Facebook" sosial şəbəkə şirkəti "Facebook Messenger" adlı əlavəsini iOS və Android platformalı cihazlar üçün inkişaf etdirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, əlavənin yenilənmiş versiyasında istifadəçilər öz aralarında 15 saniyəlik videolar çəkib göndərə bilərlər.

6.0 versiyasında istifadəçilərin bir-birlərinə şəkil, fayl göndərmək və zəngləşmək kimi funksiyaları, eləcə də "big likes" (çox bəyəndim) funksiyası əlavə edilib. 

"Facebook Messenger"i "Apple Store" və "Google Play"dən yeniləmək mümkündür.