Sərnişin avtobusunu külə çevirdilər (VİDEO)

14 İyun 2014 12:09 (UTC+04:00)
Ötən gecə İstanbulda bir qrup maskalı şəxslər sərnişin avtobusunu yandırıblar.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla 22:00 radələrində İstanbulun Başakşehir məhəlləsində baş verib. Təxmini 30 nəfərdən ibarət olan üzümaskalı qrup "Olimpiya stadionu-Şahintəpə" xətti üzrə işləyən sərnişin avtobusunun qarşısını kəsərək molotof kokteylləri ataraq yandırıblar. 

Bi anda alışan avtobusun sürücü və sərnişinləri çətinliklə də olsa canlarını qurtara biliblər. Hücumdan sonra qrup üzvləri hadisə yerindən uzaqlaşıblar. 

Hadisə zamanı ölən və yaralanan olmasa da, avtobus yanaraq tamamilə yararsız hala düşüb. Ərazidə təhlükəsizlik tədbirləri görən polis qüvvələri hücumun kimlər tərəfindən edilə biləcəyi barədə araşdırma aparır.