Fermerlərə şad xəbər (VİDEO)

14 İyun 2014 15:15 (UTC+04:00)
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti heyvandarlıqla məşğul olan fermerlərə müraciət edib.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, prezidentin tapşırığına əsasən ayrılan vəsait hesabına cins mal-qaranın vətəndaşlara 50% güzəştlə satılması təmin olunacaq. Amma fermerlərdən xahiş olunur ki, istədikləri heyvan sayı, cinsi barədə məlumatları qeyd edərək əvvəlcədən sifariş versinlər. Bütün bu sifarişlər damazlıq heyvanların dəyərinin 10%-i ödənildikdən sonra Səhmdar Cəmiyyət tərəfindən qeydiyyata alınacaq. 

Hətta Aqrolizinq fermerlərin özünün seçim prosesində iştirakını da təmin etməyi nəzərdə tutur.