Daha bir yolda təmir işləri gedir (VİDEO)

14 İyun 2014 16:00 (UTC+04:00)
İki gündür ki, Heydər Əliyev küçəsilə Cəlil Məmmədquluzadə küçəsində təmir işləri gedir.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hazırda Heydər Əliyev küçəsilə Səməd Vurğun küçəsinin kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək olan hissəsi təmir olunur. Yolda kommunikasiya xətləri üçün qazılmış xəndəklərin yolun səviyyəsi ilə uyğun doldurulması və kipləşdirilməsi işləri aparılır. Yolun köhnə örtüyü qaşınacaq və qazılmış hissəyə 20 sm qalınlığında asfalt beton örtüyü vurulacaq. Yolun kənarı düzəldiləcək. Hazırda isə kommunikasiya quyularının dəmir-beton pillələrinin dəyişdirilməsi işləri aparılır. 

Bu işlərlə əlaqədar həmin yolda maşınların hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyyə olunub. Həmin istiqamətdə kifayət qədər alternativ yollar olduğundan tıxacın yaranması da mümkünsüzdür. İşlərin tam olaraq nə vaxt yekunlaşacağı hələ ki məlum deyil.