Hərbçilərimiz beynəlxalq tədbirdə

14 İyun 2014 17:00 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. 

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 16-dan 20-dək Almaniyanın Grafenvöhr şəhərində "Rapid Trident – 2014" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri Azərbaycan-ABŞ İş Planına əsasən keçirilən konfransda iştirak edəcək.