ABŞ Suriya və İraqı bombalayacaq
14 İyun 2014 17:09 (UTC+04:00)
ABŞ hökuməti Suriya və İraqı bombardman etməyi
planlaşdırır. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki
,bu barədə The Guardian qəzeti ABŞ hökumətindəki mənbələrinə istinadən
yazır.
Qəzetin yazdığına görə, rəsmi Vaşinqton
münaqişələrin davam etdiyi Suriya və İraqda ekstremistlərin
mövqelərini bombalamağı nəzərdən keçirir.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Barak
Obamanın İraqda baş verənlərlə bağlı bəyanatında bildirilirdi ki,
Vaşinqton bu ölkəyə qoşun göndərərək hərbi əməliyyatlarda iştirak
etmək fikrində deyil. Onun sözlərinə görə, ABŞ İraqda kömək etmək
üçün alternativ variantlar üzərində işləyir.
Qeyd edək ki, İraq Şam İslam Dövləti İraqın bir
neçə şəhərini ələ keçirib. Hazırda ölkədə ordu qüvvələri ilə
terrorçular arasında qızğın döyüşlər gedir.