Bu gecə yatmamaq məsləhətdir

14 İyun 2014 19:00 (UTC+04:00)
Bu gün futbol üzrə Dünya çempionatında növbəti oyunlar baş tutacaq. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, günün ilk matçında C qrupunun üzvləri Kolumbiya və Yunanıstan millliləri qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:00-da start götürəcək. 
Gecə saat 00:00-da isə D qrupunun komandaları Uruqvayla Kosta-Rika münasibətlərinə aydınlıq gətirəcəklər. Günün ən çox gözlənilən matçı isə 03:00-da start götürəcək. D qrupunun favoritləri üz-üzə gələcək. İngiltərə İtaliyanın müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, ötən gün dünya çempionatınən ilk sensasiyası yaşanıb. Son dünya çempionu İspaniya kollektivi rəqibi Hollandiyaya 1:5 hesabı ilə məşğlub olub.