İran ordusu İraqa girib?
14 İyun 2014 20:00 (UTC+04:00)
"İran İŞİD-ə qarşı döyüşmək üçün İraqa hərbi dəstə
göndərməyib". Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu
İran xairici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bəyan
edib.
Onun sözlərinə görə, İraq Silahlı Qüvvələri İŞİD-ə
qarşı mübarizə aparmaq qabiliyyətindədir. Bu səbəbdən İranın İraqa
hərbi yardım etməyinə ehtiyac yoxdur: "İran əsgərləri İraqa
girməyib".
Xatırladaq ki, mətbuatda İranın İŞİD-ə qarşı
döyüşmək üçün İraqa 500 nəfərdən ibarət İnqilab Keşikçilərinin 3
birliyinin göndərdiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki,
İran əsgərləri əsasən Diyala əyalətində İraq ordusunun tərkibində
İŞİD-ə qarşı döyüşür.