EMİN 20 min tamaşaçı qarşısında çıxış edib (FOTO)
14 İyun 2014 20:05 (UTC+04:00)
Ötən günlərdə Bakıda yerli media ilə görüşən
bəstəkar-müğənni Emin Ağalarov Moskvada çıxış
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ifaçı iki gün öncə Müstəqillik gününü qeyd edən Rusiyanın təşkil
etdiyi konsert proqramında çıxış edib. 20 mindən artıq insanın
toplandığı Qızıl Meydanda EMİN sevilən mahnılarını səsləndirib.
Müğənni və bəstəkarlıqla yanaşı Rusiyada bizneslə məşğul olan EMİN
mahnılarını səsləndirdiyi zaman meydana toplaşanlar ayaq üstə rəqs
ediblər.
Xatırladaq ki, Emin Ağalarovla yanaşı konsertdə
Soso Pavleaşvili, Aleksey Çumakov, Lyube, Bi-2, T9, "23:45"
qrupları, Qriqoriy Leps, Diskoteka Avariya, Yolka və digər
sənətçilər iştirak ediblər.
Saat 23:00-da başa çatan konsert proqramının
sonunda möhtəşəm atəşfəşanlıq olub.