Bakıda əsgər əsgəri güllələdi

14 İyun 2014 21:09 (UTC+04:00)
Ötən gecə Bakıda hərbçi əsgər yoldaşını ehtiyatsızlıq nəticəsində güllələyib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, müddətdən artıq xidmət edən kiçik çavuş 1992-ci il təvəllüdlü Allahverdi Quliyev növbədə olarkən əlindəki avtomat silahdan atəş açaraq əsgər, 1992-ci il təvəllüdlü Zahid Abdullayevi güllələyib. Hadisə təhlükəsizlik qaydalarını pozulması nəticəsində baş verib.

Zahid Abdullayev sağ ayağından yaralanıb. Dərhal yaralı əsgər hərbi рospitala yerləşdirilib. Hazırda əsgərin vəziyyəti yaxşıdır. Onun həyatı üçün təhlükə yoxdur.

Movqe.az xəbər verir ki , Daxili Qoşunların mətbuat xidmətindən  faktı təsdiqləyiblər.