Bu 3 yeniyetmə İsrail-Fələstin münaqişəsini alovlandıracaq!
15 İyun 2014 10:25 (UTC+04:00)
Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə
itkin düşüb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
yeniyetmələrin axtarışlarına hərbi qüvvələri cəlb
olunub.
İsrail hökuməti yeniyetmə oğlanların qaçırıldığını
ehtimal edir. Məlumata görə, oğlanlardan birinin Amerika
vətəndaşlığı da var.
Ötən gündən başlayaraq hərbi qüvvələr evbəev
əməliyyatlar keçiriblər. Əməliyyatlar zamanı 12 nəfər həbs olunub.
Bununla belə, üçlüyün sağ qalıb-qalmaması barədə heç bir məlumat
əldə olunmayıb. Bu barədə ölkənin müdafiə naziri Moşe Yaalon
açıqlama verib.
Ölkənin baş naziri Benyamin Netanyahu faktla
əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını
bildirib.
Əgər faktın cinayət olduğu ortaya çıxarsa, bu, ik
ölkə arasında gərginliyin şiddətlənməsinə səbəb ola bilər.