Bakıda möhtəşəm şeir gecəsi

15 İyun 2014 12:12 (UTC+04:00)
İyunun 15-də Bakıda möhtəşəm şeir gecəsi keçiriləcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş və Türkiyənin məşhur şairi Camal Safi başda olmaqla, qardaş Türkiyədən gəlmiş tanınmış şairlərin, eləcə də ölkəmizin tanınmış şair və sənətçilərinin iştirakı ilə "Bir millət iki dövlət: Azərbaycandan Anadoluya, Türk Dünyasına könül körpüsü"adlı gecə və 9-cu Kapadokya Şeir şöləni "Qarabağdan Türk Dünyasına könül körpüsü" adlı tədbir keçiriləcək. 

Tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB-nin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və "ÜRGÜP" FM-in (Kapadokiya) təşkilatçılığı ilə keçiriləcək. 

Qeyd edək ki, Bakıdan sonra Gəncə və Tovuzda, Ermənistanla ön cəbhədə də geniş tədbirlər və gecələr keçiriləcək.