Xaçmazda “Mitsubishi” ağaca çırpıldı
15 İyun 2014 13:08 (UTC+04:00)
Ötən gün axşam saatlarında Xaçmaz rayonunda yol
nəqliyyat hadisəsi baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu Gülalan
kəndində "Mitsubishi" markalı minik avtomobili yol kənarındakı
ağaca çırpılıb. Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb.
Avtomobilin sürücüsü və içərisində olan iki sərnişin nəqliyyat
vasitəsinin içərisində sıxılmış vəziyyətdə
qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşları
avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin,
ərazidə müvafiq təhlükəsizlik tədbirləri
görülüb.
Əməliyyat saat 20:21-də başa çatıb.