Oğlu ilə mübahisə edən 90 yaşlı kişi "Semaşko"da özünü öldürdü

15 İyun 2014 14:18 (UTC+04:00)
Dünən saat 14:20 radələrində 1 nömrəli Kliniki Tibbi mərkəzdə 1924-cü il təvəllüdlü Kərimov Behbud Niftalı oğlu yırtıqdan müalicə aldığı 1 nömrəli Kliniki Tibbi Mərkəzin 2 ci mərtəbəsindən özünü ataraq intihar edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, həkimlərin və palata qonşularının sözlərinə görə intihardan bir saat əvvəl mərhum oğlu ilə mübahisə edib. Ehtimala görə yırtıqdan əməliyyat olunan və artıq evə yola salınmağa hazır olan atasını oğlu aparmaq istəməyib və təklif edib ki, bir az daha xəstəxanada qalsın. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, mərhumun psixoloji pozğunluğu olmayıb. 

Faktla bağlı cinayət işi açılıb.