Erməni məmur ailəsi ilə birlikdə Azərbaycana köçmək istəyir
15 İyun 2014 18:00 (UTC+04:00)
Ermənistanın Tavuş vilayəti merinin keçmiş baş
məsləhətçisi Lyubik Çibuxçyan Azərbaycana gəlmək üçün artıq bütün
əşyalarını toplayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu
barədə Lyubik Çibuxçyan özü açıqlama verib. O, ailəsi ilə birlikdə
Azərbaycana gələcəyini söyləyib: "Nə baş verməsindən aslı olmayaraq
Azərbaycana keçəcəyəm. Mən qorxaq insan deyiləm. Burada məni
incidirlər. Mənə yeddi dəfə əziyyət veriblər. Ona görə
Ermənistandan getmək istəyirəm".
Merin keçmiş baş məsləhətçisi qeyd edib ki,
Ermənistan hökuməti artıq bir neçə dəfə onu təhqir edib və
fəaliyyətini qiymətləndirməyib.
Qeyd edək ki, Tavuş vilayətinin yeni qubernatoru
baş məsləhətçi Çibuxçyanı vəzifəsindən azad edib.