Ziya Məmmədov dövlət qurumunu cəzalandırdı
15 İyun 2014 18:04 (UTC+04:00)
Nəqliyyat Nazirliyi (NN) "Bakıelektrikşəbəkə"
ASC-yə inzibati qaydada tənbeh tətbiq edib.
Movqe.az qafqazinfo.az-a istinadən xəbər verir ki
, nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən
avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını
pozmaqda günahlandırıb.
Nəticədə NN ASC-ni 4 min manat
cərimələyib.
İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində
hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN
"Bakıelektrikşəbəkə"ni maksumum məbləğdə
cərimələyib.
"Bakıelektrikşəbəkə" ASC-nin hüquqşünasları
cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət
edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya
şikayəti verilib.