Doğru bildiyimiz yanlışlar...

15 İyun 2014 19:00 (UTC+04:00)
Sağlam qidalanmağın mühümlüyü barədə bütün həkimlər danışırlar. İtalyan alimlər isə sağlam qidalanmağı üstün tutanların həyat tərzini araşdırıb, onların səhvlərini ortaya çıxarıblar. 

Movqe.az Milli.az-a istinadən xəbər verir ki , onlar bu işdə beş yanlışı ayırd ediblər. Yəni öncə insan nədənsə imtina etməklə bunlara öyrəşir, guya həyatı sağlamlaşır, sonra isə həmin rasion onun orqanizminin bəzi funksiyalarını pozmaqla başına oyun açır. 

1.Çörəkdən tam imtina. Çörəyin tərkibindəki, artıq çəkinin yığılmasına kömək edən karbohidratların olması insanları bu həddə çatdırır. Yalnız dietoloqların fikrincə, ən yaxşı pəhriz elə Aralıq dənizi pəhrizidir ki, onun da tərkibində çörək var. Həmin çörək buğdanın bərk növlərindən hazırlanır. Əgər un məhsulunun tərkibində bərk buğda növləri, kəpək, bitki sellülozası, bütöv buğda göstərilibsə, deməli ki, əlinizdəki orqanizminiz üçün çox faydalı məhsuldur. Eyni qayda makaron məhsullarına da aiddir. 

2.Yalnız yağsız süd məhsullarından istifadə. Adamları buna vadar edən belə bir fikirdir ki, südün tərkibindəki yağ bir çox xəstəlikləri, o cümlədən ürək-damar mərəzlərini yaradır, üstəlik, adamı kökəldir. Ancaq unutmaq lazım deyil ki, südün tərkibindəki faydalı maddələr elə həmin yağla həzm olunur. Yəni ki, yağsız süd məhsulları yeməklə yediyinizin faydasını sıfıra endirirsiz. Optimal variant aşağı yağ faizli süd məhsullarından (2,5% və daha az), yaxud yağın bitki əsaslı doymamış yağ turşuları ilə əvəzləndiyi məhsullardan istifadə etməkdir. 

3.Diabetiklər üçün ərzaqlardan istifadə. Bu da yenə də arıqlamaq həvəsi ilə izah olunur. Yalnız diabetik qida çox spesifikdir. 
Bəzən o, kaloriliyinə görə sağlam adamlar üçün olan analoji qidanı qat-qat geridə qoyur (burada diabetiklərə faydalılıq effekti həmin qidaların tərkibindəki transyağlarla əldə olunur, həmin transyağlar insulinə qarşı həssaslığı bloklayır). 
Şəkər əvəzediciləri də sağlam insanlar üçün dərman deyil (bu barədə növbəti bölmədə). Yəni həkim təyin etmədiyi halda diabetiklər üçün olan ərzaqlardan istifadə etməyin, ya da heç olmazsa, üzərində "tərkibində transyağlar yoxdur" qeydi olan məhsulları alın. 

4.Şəkərdən və duzdan tam imtina. Öz dozasında bunlar orqanizm üçün vacibdir. Onlar ürək-damar və limfatik sistemin normal fəaliyyətində iştirak edir. İstifadəni minimuma endirmək olar, amma onlardan tam imtina çox zərərlidir. Sonuncu, əslində, tam olaraq mümkün də deyil, çünki hazırda fabriklərdə istehsal olunan məhsulların əksəriyyətində duz da, şəkər də var, amma dadı heç bilinmir də. 

5.Qablaşdırılmış şirələrə meyl. Çoxları elə bilirlər ki, qablaşdırmalarda olan şirələr təbii meyvələrdəki vitaminin deposudur. Əslində isə onlar sadəcə olaraq təbii şəkərin çox, bitki sellülozasının isə minimum həddə olduğu konsentratdır. 
Qablaşdırılmış şirələri təzə sıxılmış meyvə şirələri ilə müqayisə etmək düzgün deyil. Üstəlik, hətta təzə sıxılmış şirələri də dietoloqlar bərabər nisbətdə su ilə qarışdırıb içməyi və gündə 200 ml həddi aşmamağı məsləhət bilirlər.