Toy gecəsinin iyrənc adətləri...
15 İyun 2014 19:03 (UTC+04:00)
Dünyanın bir çox xalqlarında toy gecəsi iki gəncin
qovuşmasından ziyadə, həm də əsrlərlə riayət edilən ritualların
icra olunması üçün imkandır. Adətlərin özünəməxsusluğu müəyyən
hallarda sivil insanı şoka sala bilir.
Movqe.az modern.az saytına istinadən dünya
xalqlarında toy gecəsi ilə bağlı bır sıra adətləri təqdim
edir.
Meksika, Peru və Braziliyada toy gecəsi yeni
evlənmiş cütlük ər-arvad vəzifələrini icra etməzdən öncə ayın
bədrlənməsini gözləməlidirlər. Bəzən bunun üçün həftələrlə vaxt
tələb olunur.
Samoada yeni evlənmiş cütlük qızın valideynləri
ilə bir yataqda sevişməlidirlər. Əgər sevişərkən qızın valideynləri
oyanarlarasa, qədim adətə görə onlar təzə bəyi döymək hüququna
malikdirlər.
Hindistandakı bir sıra xalqlarda toydan sonra 3
gün ərzində sevişmək qadağandır. Hesab olunur ki, bu, gəlinləri
mühafizə edən ilahənin qəzəbinə səbəb ola bilər. Buna görə
gənclərin yatağına ortadan udumbura adlanan ağacdan hazırlanmış
xüsusi dəyənək qoyulur.
Şimali Afrikada isə uzun illər başqa bir adət
mövcud idi. Toy günü bütün qonaqlar bir nəfər kimi gəlinlə
yatdıqdan sonra öz toy hədiyyələrini təqdim
edirdilər.
Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək
qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin
artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı,
böyük qardaşlar bəyin funksiyalarını icra etməli
idilər.
Afrikadakı bəzi tayfalarda gəlin köçən qızların 2
ön dişi yerindən çıxarılırdı. Buna görə də gülümsəyən dişsiz qadın
Afrikada ərli qadınların əsas əlamətlərindən
sayılır.
Afrikalılar arasında insanı şoka salan başqa bir
toy adətində isə tayfa başçısı xüsusi vasitələr, o cümlədən
xəncərlə yenicə gəlin olmuş qızın bakirəliyin pozur. Bundan sonra o
bütün tayfa üzvlərinin gözü qarşısında onunla cinsi əlaqədə olur.
Yalnız bundan sonra onu həyat yoldaşının evinə
gödəririlər.
Türkiyədə toy gecəsinin səhəri bəy evinin
eyvanından qanlı mələfə asılırdı. Bu, təzə gəlinin bakirə olduğunu
qohumlara bildirmək üçün idi. Lakin eyvandan ağ mələfə asılardısa,
bu, gəlinin bakirə olmadığından xəbər verirdi.
Tatarıstanda toy gecəsini hamamda keçirmək adəti
mövcuddur. Tatarlar hesab edirlər ki, bununla gənclər evlilik
həyatına təmiz və təravətli daxil olacaqlar.
Afrikadakı bəzi tayfalar arasında geniş yayılan
adətlərdən biri isə bundan ibarət idi ki, yeni gəlin toy gecəsi
tayfanın kahini, öz qaynatası və qaynı ilə cinsi əlaqədə olmalıdır.
Yalnız bundan sonra o, bəylə tək qala bilərdi.
Yunansıtanda ilk toy gecəsi yatağa birinci olaraq
balaca uşaqları buraxırdılar. Oynayan və qaçan uşaqlar gələcək
ailənin sağlam övlad sahibi olacağına ümid ifadə
edirdi.
Balkan dövlətlərindən sayılan Makedoniyada da toy
gecəsi adəti maraqlıdır. Burada bəylə gəlin evliliklərinin ilk günü
toy hədiyyələrinə sahib olmaq üçün bir-birilə mübarizə aparır.
Hədiyyələrə sahib olan tərəf ailənin başçısı
sayılır.
Fillipində bəy və gəlin toy gecəsi sərxoş olana
qədər içməlidirlər. Fillipinlilər hesab edir ki, bu xüsusi gündə
yalnız qonaqlarla əylənmək və içmək vacibdir. Mütləq qaydada sərxoş
olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da
qadağandır.
Afrikanın mərkəzi bölgələrində yaşayan Baxutu
tayfasının toy gecəsinə öz baxışı mövcuddur. Belə ki, Baxutu
tayfasında toy gecəsi bəylə gəlin nəinki bir-biri ilə yaxınlıq
etməməli, həm də bir-biri ilə dalaşmalıdırlar. Gəlin cırmaq atmaq
və dişləməklə, bəysə yumruq zərbələri ilə müdafiə olunmalıdır.
Bütün gecə davam edən mübarizə səhər açılanda tərəflərin öz ata
evlərinə qayıdaraq istirahət etməsi ilə davam edir. Gecə yenidən öz
ortaq evlərinə gələrək davalarını davam etdirirlər. Bu, xanım bütün
gücünü tükədənə və ərinə qarşı aqressiyası yox olana qədər davam
edir. Bundan sonra o ərinin evinə köçür və onunla sülh şəraitində
yaşamağa başlayır.