1700 polis tək-tək güllələndi (FOTO)
15 İyun 2014 19:05 (UTC+04:00)
İraqın Mosul şəhərini ələ keçirdikdən sonra
paytaxt Bağdad şəhərinə tərəf irəliləyən İŞİD döyüçüləri Səddam
Hüseynin vətəni olan Tikrit vilayətində 1700 polis işçisini tək-tək
güllələyib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İŞİD döyüşçüləri qısa bir müddət ərzində Tikrit şəhərində yerləşən
"Səlahəttin" adlı polis idarəsini və qərargahını ələ
keçiriblər.
İŞİD tərəfindən yayılan açıqlamada qeyd olunub ki,
Tikritdəki əməliyyat zamanı 2 min 500 polis nəfəri əsr götürülüb.
Əsir götürülən şiə təriqətli 1700 polis nəfərinin güllələnərək
qətlə yetirildiyi bildirilib. Digər polis içiləri isə əfv
edilib.
Bu əmrin İŞİD lideri Əbu Bəkir Əl Bağdadi
tərəfindən verildiyi qeyd olunub.
Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində
yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət
qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD
silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini
bəyan ediblər.
Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə
vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin
Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı
mübarizədə dəstək gözlədiyini bildirib.