Bütün Azərbaycan bu toydan danışır

15 İyun 2014 20:07 (UTC+04:00)
Gəlin çoxdandır xəyalını qurduğu günə hazırlaşdı... Bəy vüsala çatmağa tələsdi.. Toy günlərini möhtəşəm etməyin xəyalını qururdular. Toy mağarı bəzədildi, yeməklər düzüldü, qonaqlar gəldi... 

Amma gözlənilməz bir sürprizləqarşılaşdılar... Toy başlayan kimi gəlinlə bəy məkanı tərk etməyə məcbur qalıblar...

Movqe.az xezerxeber.com-a istinadən xəbər verir ki , bu görüntülər Tovuzun ucqar dağ kəndi olan Kirənədə təşkil olunmuş toy mərasimindəndir. Toy dolu səbəbindən yarımçıq qalıb.

Kimi başını doludan yastıqla qoruyur, kimi isə mağardan çıxmağın yollarını axtarır...

20 dəqiqə davam edən dolu və külək mağarın içindəkiləri bir-birinə qatıb. Süfrə havada uçub, yeməklər dağılıb, ətraf tar-mar olub....

Qonaqlar mağarın dəmirlərindən tutaraq, toyun davam etməsi üçün dəridən-qabıqdan çıxıblar. Ancaq sonradan daha da şiddətlənən dolu kənd sakinlərinin bu arzusunu ürəklərində qoyub.

Hadisə qarşısında kimisi gülüb, kimisi isə canının hayına qalıb. Amma hər kəs bu toyun başqalarından daha yaddaqalan olduğunu düşünür. Bu təbiət hadisəsi isə yəqin ki, bəy və gəlinin yadında hələ uzun müddət qalacaq.