"Ice Age"in oyunu da çıxdı

3 İyul 2012 16:33 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Activision Blizzard"ın "Twentieth Century Fox Consumer Products" birlikdə hazırladığı "Ice Age" (Buz dövrü) filminin ən yeni video oyunu "Ice Age: Continental Drift - Arctic Games" satışa çıxarılıb.

Xbox 360® Kinect™, Nintendo's Wii™ sistemi, Nintendo 3DS™ və Nintendo DS™  sistemləri üçün satışa çıxan oyunda gənc və yaşlı pərəstişkarlar çox sevdikləri Manni, Sid, Diyeqo və digərləriylə bir-birindən çılğın idman fəaliyyətlərinə qatılacaqlar.

"Ice Age: Continental Drift - Arctic Games"də "Ice Age" qəhrəmanlarımızın əlinə gizli bir xəzinə keçir və buzlaqlar üzərində bu möhtəşəm zənginliklərin kimdə qalacağı mövzusunda anlaşılmazlıqlar ortaya çıxır. 

Təbii olaraq bu problemi həll etmənin ən yaxşı yolu bir silsilə qış idmanı fəaliyyəti təşkil etməkdir! İstər şən "Sürü"yə, istər yaramaz "Quldur"lara qatılın, bu ilk oyunlarda kimin mükafatı qazanacağına siz qərar verəcəksiniz.

Buzlaqlarda tullanma, buz qırma, sincab atma kimi yarışlarda Manni, Diyeqo, Sid və digər dostlarla oynaya biləcəksiniz.

Oyunçular yeni rekordlar qırmaq, qızıl, gümüş və bürünc medallar qazanmaq üçün hekayə rejimində, sərbəst oyunda və ya turnirlərdə oynaya biləcəklər. "Ice Age: Continental Drift - Arctic Games" yaşından asılı olmayaraq hər bir oyunçunun bir araya gəlib, bir tərəfdən gülüb bir tərəfdən yarışa biləcəkləri bir oyundur. Soyuğa öyrəncəli yoldaşınızla qrup təşkil edib qızıl medal arxasına düşmənin zamanı gəlib çatdı!