Ukrayna: Nümayişlər təxribat məqsədlidir

16 İyun 2014 11:47 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi, şənbə günü salınan hərbi təyyarədəki 49 əsgərin həyatını itirməsi ilə Rusiyanın Kiyev səfirliyi qarşısında təşkil edilən nümayişin provokatif məqsədli olduğunu deyib. Nazirlikdən edilən şərhdə, səfirlik binası və önündəki vasitələrə verilən zərərlə bağlı olaraq, bu hərəkətlərin "diplomatik əlaqələrin və diplomatik missiyaların qorunması standartlarına uyğun gəlmədiyi" şərhini edib. ABŞ da hərəkatdə Səfirliyə zərər verilməsini qınayıb. Digər tərəfdən Ukraynada 49 əsgərin ölümü səbəbindən dünən bir günlük yas elan edilib.