Azərbaycanda əhalinin gəlirləri artıb

16 İyun 2014 14:07 (UTC+04:00)

2014-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 15,04 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, göstərilən dövr ərzində əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi 1603,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını 3,1 faiz bənd üstələyərək 1,7 faiz olub.

Əhalinin sərəncamında qalan gəlir əvvəlki ilə nisbətən 4,6 faiz artaraq 13,7 milyard manat təşkil edib.