Meymuna ad günü partisi keçirtdilər

17 İyun 2014 11:07 (UTC+04:00)
ABŞ-dakı Atlanta Zooparkında yaşayan dünyanın ən yaşlı qorillası Ozzi üçün ad günü partisi təşkil edilib. Movqe.Az xəbər verir ki, 53 yaşı olan erkək qorillanın Atalar Günü ilə eyni vaxtda təsadüf edən doğum günü partisinə qatılan ata və uşaqlarına pulsuz giriş haqqı tanıyan zoopark rəhbərliyi, 160 kiloluq Ozziyə dörd mərtəbəli rəngarəng  ad günü tortu hazırlayıb.  Ozzi, hər mərtəbəsində fərqli qidalar olan tortu tamaşaçılarının qarşısında nuşla yeyib. Növünün ən yaşlı 10 nümunəsindən biri olan Ozzinin hazırda həyatda olan 10 balası və 9 nəvəsi var. Ozzinin səs-küydən və xüsusilə telefon səsindən xoşlanmadığı deyilib.