Azərbaycanda kişilərin sayı artır
17 İyun 2014 11:47 (UTC+04:00)
Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 34
min nəfər artaraq 9 511 min nəfərə çatıb. Movqe.az Anspressə
istinadən xəbər verir ki, Dövlət
Statistika Komitəsindən verilən məlumata görə,ölkədə 53,6 min körpə
doğulub və maraqlısı budur ki, doğulanların 53,6 faizini oğlanlar,
46,4 faizi qızlar təşkil edib. Son illər urbanizasiya problemi daha
da artıb, belə ki, əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8
faizi kənd sakinləridir. Sosioloqlar isə hesab edirlər ki, bu
gələcəkdə ölkənin sosial-iqtisadi inkişafında xüsusilə də kənd
təsərrüfatında ciddi problemlər yarada bilər.