İŞİD-in tərkibində döyüşən azərbaycanlının görüntüsü yayıldı

17 İyun 2014 13:22 (UTC+04:00)

"İraq Şam İslam Dövləti" terrorçularıyla bir yerdə döyüşən azərbaycanlıların video görüntüləri yayımlanıb.

 

  1. Movqe.az xəbər verir ki, həmin videoda azərbaycanlı mücahid Fərat çayının sahilində dayanaraq, Allaha şükür edir və yaxında xilafətin qurulduğunun elan ediləcəyini deyir. Mücahid tabeliklərində su elektrik stansiyasının, öz polislərinin, şəriət məhkəmələrinin, çörək fabriklərinin, silahlarının və digər mülklərinin olduğunu söyləyir. Azərbaycanlı terrorçular müsəlmanları cihada çağırır.