Üzünü it qapan uşağı KFC-dən qovdular

17 İyun 2014 16:20 (UTC+04:00)

Üç yaşındakı Viktoria Vilçer, ABŞ-da yerləşən KFC "fast-food" restoranından qovulub. Restorandan qovulmaq səbəbi isə kiçik qızın yaralı üzünün digər müştəriləri qorxutması olub.


Movqe.Az "DailyStar"a istinadən xəbər verir ki, ABŞ-ın Mississippi Əyalətində yaşayan 3 yaşındakı qız aprel ayında məruz qaldığı "pitbull" cinsli itin hücumunda sağ gözünü itirib. Kiçik qızın həmçinin çənəsi, almacıq sümükləri və burnu qırılıb. Üzünün sağ tərəfi iflic olan Viktorianın bədənində də çox sayda yara var.


Viktorianın ailəsi qızın fotosunu sosial mediada : "Üzr istəyirik, bu sizi qorxudurmu?" başlığı ilə yayıb və KFC fast food restoranından qızlarının zorla atıldığını yazıb. 


Şərhdən sonra restoran rəhbərliyi "Bu tərbiyəsiz davranışı müdafiə etmədiklərini, bütün KFC ailəsinin kiçik qızın yanında olduğu" şərhini edib. Bazar günü isə restoran şəbəkəsinin bir spikeri, ailəyə şirkət tərəfindən kiçik qızlarının müalicəsi üçün 30 min dollar ödənəcəyini açıqlayıb.