Etna yanardağı fəaliyyətə keçdi!

17 İyun 2014 17:30 (UTC+04:00)

İtaliyanın cənubundakı Siciliya adasında yerləşən Etna yanardağı insanları qorxutmağa davam edir. 


Movqe.Az xəbər verir ki, Avropanın ən yüksək və aktiv yanardağlarından olan Sicilyadakı Etna, həftə sonu yenidən fəaliyyətə keçib. 


Son illərdə vulkanik fəaliyyətində artım müşahidə olunan Etnanın cənub hissəsindəki krater həftə sonu kül və lava püskürməyə başlayıb. Avropanın ən aktiv yanardağından püskürən atəş topları səmanı qırmı rəngə boyayıb. 


Yanardağdakı aktivliyin davam etdiyi bildirilib.