İmişlidə bəylə gəlin ağaca çıxıb uladı-ŞOK

17 İyun 2014 17:55 (UTC+04:00)
İmişlidə gənclər ailə həyatına doğru uzanan çətin yolun öhdəsindən rahatlıqla gəliblər. Hətta toyları da olub. Amma nə baş veribsə də, məhz toydan sonra olub. Təzə bəylə gəlinin davranışları tamamilə dəyişib. Movqe.az ANS TV-yə istinadən xəbər verir ki, İmişlidə yeni ailə quran cütlük öz hərəkətlərilə hər kəsi şoka salıb. Toyun səhəri günü həyətdəki ağaca çıxan təzə bəy və gəlin, canavar kimi ulamağa başlayıblar.  Rayon sakinlərinin sözlərinə görə, onlar təkcə canavarı deyil, bir neçə heyvanı təqlid edirmiş. Hətta vəziyyət o yerə çatıb ki, cavanlara bir kimsə yaxınlaşmağa belə cürət etmirmiş. Müəmmalı hərəkətlərin səbəbini öyrənməyə və gənclərə kömək etməyə çalışan rayon sakinlərinin sonda köməyinə çatan olub...