BET 2012-yə Niki Minay nöqtəsi - FOTOLAR

3 İyul 2012 18:51 (UTC+04:00)

Niki Minay və Kris Braun canlı performanslarıyla gecəyə damğasını vurub. Gecədə 3 fərqli paltarla şou göstərən Nicki Minaj kameraların maraq mərkəzində olub.

Ən Yaxşı "R&B" qadın sənətçi mükafatını Beyons Nolis, ən yaxşı "Hip-Hop" qadın sənətçi mükafatını Niki Minayın aldığı mərasimin aparıcılığını məşhur Hollivud ulduzu Samuel Cekson edib.

Repçi formasinda geyinən Cekson, mərasimin diqqəti cəlb edən adlarından olub. Gecəyə sevgilisi məşhur prodüser və repçi Kanye Vest ilə birlikdə gələn Kim Kardaşyanın Beyons və Jay- Z ilə olan yaxınlığı gözlərdən qaçmayıb.