Ağır vəziyyətdə olan Xanım Qafarovaya qan tapıldı - özəl

18 İyun 2014 11:33 (UTC+04:00)
Aktrisa Xanım Qafarova artıq 11 gündür ki, xəstəxanadadır. Vəziyyəti pisləşən aktrisa təcili xəstəxanaya çatdırılıb. Hal-hazırda aktrisaya qan vurulur. Vəziyyəti heç də yaxşı olmayan Xanım Qafarovanın bibisi Mövqe.az-a aktrisanın son durumu haqqında məlumat verib: "Özünü yaxşı hiss etmir. 11 gündü xəstəxanadayıq. İndi qan tapılıb. Qan qəbul edir".


Daha sonra isə Xanım Qafarova özü əməkdaşımızla danışıb. Vəziyyətinin heç də yaxşı olmadığını deyən aktrisa özünü pis hiss etdiyini bildirib.


Xatırladaq ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisanın 3 yaşlı bir qızı var.