Bakının mərkəzində tıxac

18 İyun 2014 11:30 (UTC+04:00)

Bakıda ağır yol qəzası baş verib. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Əsas yolda (Bağırov körpüsünün yaxınlığı) Koroğlu metrosu istiqamətində baş verib. Adıçəkilən yolda bir necə maşının toqquşduğu bildirilir. Xəsarət alanın olub-olmadığı bilinmir. Yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Sürücülərə alternativ yollardan - Heydər Əliyev prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.