Facebook "Slingshot"u tanıtdı!

18 İyun 2014 12:32 (UTC+04:00)

Sosial media nəhəngi "Facebook"un uzun zamandır danışılan Snapchat-a rəqib tətbiqi "Slingshot" dünən axşam saatlarında səssiz sədasız yayımlanıb. 


Movqe.Az xəbər verir ki, Facebookun Snapchat-ın potensialını görməsiylə birlikdə əvvəl Snapchat-ı satın almağa çalışması; lakin Snapchat-ın buna razılaşmaması nəticəsində Facebook-un Camera və Facebook Poke tətbiqlərini inkişaf etdirməsi şirkətə fayda verməmiş, iki tətbiqi də maraq görmədiyi üçün yayımdan qaldırmaq vəziyyətində qalmışdı. Lakin şirkətin uzun müddətdir üzərində çalışdığı Slingshot tətbiqi nəhayət həm Android həm də iOS platforması üçün yayımlanıb.



Slingshot Facebookun Instagram, Vine və Snapchat qarışığı xüsusi bir təzahürüdür. Onu digər tətbiqlərdən ayıran ən əhəmiyyətli xüsusiyyəti isə sizə göndərilən fotoşəkili görmək istəyəndə sizin də qarşı tərəfə fotoşəkil göndərmək məcburiyyətində olmağınızdır. Tətbiqin yaradıcılarından Vll Ruben, mövzuyla əlaqədar etdiyi şərhdə söz mövzusu tətbiqin istifadəçilərin yaradıcılığını əks etdirəcəyini və heç kəsin yalnız tamaşaçı olaraq qalmayacağını qeyd edib. "Heç kəsin tamaşaçı olaraq qalmayacağı" sözü isə birbaşa əvvəl dediyimiz  "fotoşəkili görmək istəyirsənsə, sən də şəkil göndər" məntiqinə əsaslanır.


Foto Snapchatda olduğu kimi saniyələr sonra öz-özünə yox olmur; bunun əvəzinə istifadəçi istədiyi zaman paylaşdığı fotoşəkili silə bilir. Hər hansı bir zaman məhdudiyyəti yoxdur.