Rusiyalı artistlər Bakıya gəlir

18 İyun 2014 15:50 (UTC+04:00)

Rusiya Federasiyasının xalq artistləri Valentin Qaft və Olqa Ostroumova Bakıya gələcəklər. Bu barədə Mövqe.az-a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən məlumat daxil olub. Belə ki, 17-18 oktyabr tarixlərinə planlaşdırılan səfərin məqsədi, yaradıcı cütlüyün "Неюбилейный вечер" adlı yaradıcılıq gecəsinin keçirilməsidir.


Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində keçiriləcək gecədə, seyrçiləri həcv və mahnılar, tanınmış aktyorların şəxsi həyatlarından hekayələr və yaradıcılıq planları barədə maraqlı söhbətlər gözləyir.